Maraqlı

Turşu yeməyin qaydası: xərçəngə yoluxmamaq üçün...

27 Dekabr 2015 10:26
6 Şərh     Baxış: 4 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turşu olduqca faydalı qidadır. Ancaq alimlər turşunu qaydalara uyğun yemədikdə onun orqanizm üçün zərərli ola biləcəyini qeyd edirlər.

Publika.az turşunun zərərli cəhətlərini araşdırıb:
 
Normadan artıq turşu yemək mədə xərçəngi ilə yanaşı, bir çox problemlərə gətirib çıxara bilər.
 
Həkimlər bildirir ki, turşu xərçəng riskini artırır. Buna onun tərkibindəki  duz səbəb olur.
Mütəxəssislər turşunun xərçənglə bərabər, qastritə də səbəb ola biləcəyini vurğulayırlar. Çünki acı və duzlu qidalar mədə üçün zərərlidir. Turşunun tərkibinə vurulan soğan, istiot, sirkə və duz mədənin düşmənidir. Turşu pəhriz saxlayanlara da tövsiyə edilmir. Çünki kalorisi az olsa da, tərkibindəki duz suyun bədəndə yığılmasına səbəb olur. Bu isə şişkinlik yaradır.
 
Bəs turşunun bu zərərlərindən qorunmaq üçün nə etməli?
 
Həkimlərin sözlərinə görə, həftədə 2-3 dəfə 100 qram turşu yemək olar. Turşunu yemədən öncə ilıq suda 5-10 dəqiqə saxlamaq lazımdır. Beləliklə, onun duzluluğu azalacaq və orqanizm üçün zərərli olmayacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.