Maraqlı

Düyü pəhrizi: orqanizmin dərin təmizlənməsi

1 Dekabr 2015 23:45
13 Şərh     Baxış: 8 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu pəhrizin müxtəlif variantları var. Biz sizə düyü pəhrizinin ən tanınmış və sınanmış variantını təqdim edirik.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu pəhriz 2 həftə ərzində tutulmalıdır.
4 kiçik şüşə bankası götürülür. Bankaları nömrələmək lazımdır - 1, 2, 3 və 4.
Pəhrizə başladıqdan 4 gün əvvəl 1-ci bankaya 3 xörək qaşığı yumru düyü və üzərinə çıxana kimi ilıq su tökün.
Növbəti gün bu qayda ilə 2-ci bankada düyü isladın, 1-ci bankada olan düyünü isə yuyun və yenidən üzərinə ilıq su tökün.
3-cü gün 3-cü bankaya düyü və üzərinə su tökün, 1-ci və 2-ci bankalarda olan düyünü isə yuyun və üzərinə yenidən su tökün.
4-cü gün 4-cü bankada düyü isladın, 1-ci, 2-ci və 3-cü bankalarda olan düyünü yuyun və yenidən üzərinə su tökün. Bankaları sərin yerdə saxlayın.
Beləliklə, düyümüz hazırdır. Pəhrizə başlayırıq (1-ci bankada olan düyü artıq 4 gündür ki isladılıb).
Səhər tezdən acqarına 1 stəkan ilıq su içirik. 20 dəqiqədən sonra 1-ci bankada isladılmış düyünü götürüb axar suyun altında yuyuruq və üzərinə qaynar su töküb yeyirik (düyünü bişirmək olmaz). Boşalmış 1-ci bankada yenidən düyü isladırıq (yuxarıda göstərdiyimiz qaydalara uyğun).
Düyünü yedikdən sonra 4 saat ərzində qida qəbul etmək olmaz. Daha sonra yüngül səhər yeməyi yeyə bilərsiniz.
2-ci gün 2-ci bankada olan düyünü bu qayda ilə yeyirik və s. Hər dəfə boşalmış bankada yenidən düyü isladırıq. 4-cü bankada olan düyü qurtardıqdan sonra növbəti gün 1-ci bankada isladılmış düyü istifadə olunur.
Pəhriz zamanı yağlı, qızardılmış, duzlu, konservləşdirilmiş, hisə verilmiş qidalar, tortlar, pirojnalar, pirojki və s. bu kimi qidalar qidalanmadan çıxarılır.
Düyü çox gözər absorbentdir - bağırsaqlarda olan ziyanlı maddələri (toksinlər, şlaklar, ağır metalların duzları və s.) özünə hopdurur və çölə çıxardır. Nəticədə 2 həftə ərzində bağırsaqlar əsaslı şəkildə təmizlənir, insan özünü daha yüngül hiss etməyə başlayır, dəri təmizlənir. Həmçinin bu pəhrizi saxlayan insan 2 həftə ərzində 4-6 kq çəki itirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.