Maraqlı

Məşhur müğənni: "İntihar edəcəyəm" - FOTO

30 Noyabr 2015 11:28
2 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar irland müğənni Şineyd O-Konnor Facebook-dakı səhifəsində intihar etmək niyyətini açıqlayıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 48 yaşlı müğənni güclü təsirə malik dərmanın letal dozasını qəbul etdiyini yazıb. Bu status dünən səhər yazılıb. 
"İrlandiyadakı otellərdən birindəyəm, burada başqa adlayam. İntihar edəcəyəm. İntiharımda ailəmi suçlamaq gərəkdir. Ərim, uşaqlarım, qohumlarım mənə qarşı dəhşətli qəddarlıq göstərirlər. Onların mənə xəyanətlərinin acı siyahısı bitmək bilmir. Ölümcül doza qəbul etmişəm. Sayğıya nail olmağın başqa yolu yoxdur. Həftələrlə ağladım. Onlarsa mənə deyirdilər ki, rədd olum. Ailəm mənə dəyər vermir", - Şineyd O-Konnor yazıb.

Bu status peyda olandan sonra polis axtarışlara başlayıb və müğənnini Dublindəki otellərdən birində tapıb. Müğənni hazırda hospitaldadır.
İyul ayında Şineyd xəstəliyinə görə yay konsert turunu təxirə salmışdı. Onun xəstəliyinin adı açıqlanmır.
Şineyd O-Konnor 10 albom və 30 sinqlin müəllifidir.

Onu dünyaca məşhurlaşdıran mahnı Prinsin "Nothing Compares 2 U" bəstəsinin kaveridir.
4 dəfə ərdə olmuş müğənninin 9-28 yaşlı 4 övladı var. Hazırda o, psixoterapevt Bari Herriclə nikahdadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.