Maraqlı

Səudiyyə qadınları ilk dəfə olaraq seçki kampaniyasına qatılır

29 Noyabr 2015 23:47
3 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə yerli hakimiyyətə keçirilən seçkilərdə iştirak üçün kampaniyaya qoşulub. Seçkilər bu ilin dekabrında keçiriləcək.

Milli.Az "BBC Azərbaycanca"ya istinadən bildirir ki, bununla yanaşı, ölkə tarixində ilk dəfə olaraq qadınlar seçkilərdə səs verə biləcəklər.
Bu, Səudiyyə Ərəbistanında indiyədək keçirilən üçüncü yerli seçkilər olacaq. Ölkədə yerli hakimiyyətə seçkilər ilk dəfə 2005-ci ildə keçirilib.
Seçkilərdə iştirak etmək üçün təxminən 900 qadın namizəd qeydiyyatdan keçib.
Lakin cinsi bölgü ilə bağlı sərt qaydalara əməl etmək üçün qadın və kişi namizədlər seçkiqabağı təşkil edilən mitinqlərdə birlikdə iştirak etməyəcəklər.
Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə üzlərini aça bilmədiyi üçün, kişi namizədlərə də seçkiqabağı təşviqat kampaniyasında şəkillərini yaymaq qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.