Maraqlı

Gözlərin sağlamlığını qorumaq üçün nə yemək lazımdır?

28 Noyabr 2015 21:25
1 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orqanizmin ümumi sağlamlığı, o cümlədən, düzgün və tamdəyərli qidalanmadan asılıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, gözlərin sağlamlığını qorumaq üçün insan qida ilə daim bəzi vitamin və mineralları almalıdır. Bu vitaminlər və minerallar arasında:

- A vitamini

Bu vitamin gözün torlu qişasının normal fəaliyyəti üçün olduqca vacibdir. Bu vitaminin çatışmazlığı zamanı insanda "toyuq korluğu" kimi pozulma inkişaf edir.

A vitaminin mənbələri: qara ciyər, yumurtanın sarısı, kərə yağı, balıq yağı, kök, pomidor, kahı, ərik və s.

- C vitamini

Əzələlərin, o cümlədən, göz əzələlərin, tonusunu saxlayır, damarları möhkəmləndirir. Bu vitaminin çatışmazlığı gözlərin yorğunluğuna, qözlərdə qansızmalara səbəb olur.

C vitaminin mənbələri: sitrus meyvələri (portağal, qreypfrut, limon və s.), kələm, bolqar bibəri, qara qarağat, itburnu.

- B qrupu vitaminləri

Sinir toxumasının normal fəaliyyətini təmin edir, göz yorğunluğunu azaldır, gözlərdə qan dövranını və  oksigenin çatdırılmasını yaxşılaşdırır.

B qrupu vitaminlərinin mənbələri: ət, qara ciyər, bənli bitkilər, maya, balıq, yumurta sarısı,  qoz-fındıq, kahı və s.

- Kalium

Bu mineral orqanizmdə olduqca vacib funksiyaları yerinə yetirir - artıq mayeni xaric etməyə kömək edir. Bu isə gözlərin sağlamlığı üçün çox önəmlidir. Mayenin orqanizmdə artıqlığı təzyiqin, o cümlədən, göz təzyiqinin artmasına səbəb olur.

Kaliumin mənbələri: ərik qurusu, qoz, banan, kartof və s.

- D vitamini

Bu vitamin göz əzələlərin normal fəaliyyəti üçün çox vacibdir. D vitaminin çatışmazlığı zamanı gözlər tez yorulur, axşama yaxın görmə pisləşir.

D vitamini mənbələri: balıq yağı, balıq, süd və s.

- Kalsium

Bu mineral göz almasının xarici qişasını möhkəmləndirir. Kalsiumun çatışmazlığı gözrənin pisləşməsinə səbəb olur. Xüsusilə bu özünü yeniyetməlik dövründə büruzə verir.

Kalsiumun mənbələri: süd məhsulları (kəsmik, pendir, xama, qaymaq və s.).

- Maqnezium

Gözdə əzələlərin və damarların normal fəaliyyətini təmin edir. Maqnezium çatışmazlığı göz təzyiqinin artmasına səbəb olur.

Maqneziumun mənbələri: buğda kəpəyi, badam, qoz, noxud, kələm, dənli bitkilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.