Maraqlı

Exinaseya - immuniteti möhkəmləndirən bitki

28 Noyabr 2015 20:25
1 Şərh     Baxış: 5 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bundan əlavə bu bitki iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya və onun əsasında hazırlanan preparatlar böyrəklər, sidik yolları və sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
Exinaseya təbii "antibiotik"dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir.
Exinaseya toxumaların bərpasını sürətləndirir və bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.
Exinaseyanın şişəleyhinə təsiri də var.
Pediatrlar exinaseya əsasında preparatları uşaqlara tez-tez təyin edir. Bu preparatların heç bir ciddi yanaşı təsiri yoxdur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.