Maraqlı

Zərif AMG hazırlandı - FOTO

28 Noyabr 2015 21:51
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-AMG Formula-1 yarışlarındakı ikiqat qələbəsini (daha döğrusu mühəndislər və Hamiltonun) bu yaxınlarda yenilənən A 45 AMG hetçbekinin xüsusi versiyası ilə qeyd etmək qərarına gəlib. Dörd silindirli turbo mühərrikli qaynar hetçin görkəminə və təchizatına az da olsa əl gəzdirilib. 

Xüsusi avtomobil Mercedes-AMG A45 PETRONAS 2015 World Champion Edition adlanır, lakin bu ciddi yazını uzun olduğundan yapışdırmağa yer tapılmayıb. Hetçbek tanış olan boz-yaşıl uniforma, 19 dyümlü təkər diskləri, aerodinamik elementlər və yeni spoyler əldə edib. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, interyer tərtibatı bana (kuzov) uyğun hazırlanıb və salonda avtomobilin individual nömrəsinin yazıldığını da görmək mümükündür. Təchizta gəldikdə - AMG Exclusive Package, AMG DYNAMIC Plus Package, Night Package, elektrikli tənzimlənən AMG Performance oturacaqları və DINAMICA işləməli sükanı qeyd etmək mümkündür.

Kapot altında yer alan turbomühərrik 381 a.g. və 475 Nm fırlanma anı hasil edir, hetçbek ilk yüzlüyə isə 4,2 s sürətlənir. 
Qaynar Mercedes-AMG A45 PETRONAS 2015 World Champion Edition qiyməti €65 000 civarındadır.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.