Maraqlı

Mazda-dan yeni krossover - FOTO

28 Noyabr 2015 23:55
1 Şərh     Baxış: 1 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mazda" şirkəti yeni nəsil krossover "CX-9" təqdim edib. Yeniliyin debütü Los-Ancelesdəki avtosalonda keçirilib. Brendin mətbuat xidmətinin məlumatına görə, avtomobil 2016-cı ilin ilk rübündə satışa çıxarılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni 7-yerlik krossover "CX-5" və "CX-3" modellərinə nisbətən daha aqressiv dizayn alıb. Avtomobili fərqli bamperlər, dəyişilmiş radiator barmaqlığı, yeni diodlu optika, spoyler, 18- və 20-düymlük təkər diskləri, o cümlədən ikili borusu olan qazburaxma sistemi ilə təchiz ediblər.

Avtomobil 55 mm böyüdülmüş təkər bazası alıb. Bunun sayəsində şirkətin mühəndisləri arxa oturacaq sərnişinlərinin ayaqları üçün daha böyük yer düzəldə biliblər.

Avtomobilin salonunda yeni oturacaqlar, cihazlar paneli, xüsusi diodlu işıqlandırma və 7- və ya 8-düymlük sensor ekranı olan informasiya-əyləncə sistemi "MAZDA CONNECT" quraşdırılıb. Sürücü, həmçinin 12 dinamiki olan "Bose" audio və qabaq təhlükəsizlik sistemləri əldə edə bilir.

Krossoverin kapotu altında 2,5-litrlik 4-silindrli benzin mühərrik quraşdırılıb. Yeni konseptual "Mazda3 MPS" də bu mühərriki alacaq. Mühərrik 227 a.g. və 420 Nm fırlanma anına malikdir.

O, 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Baza variantında avtomobil qabaq ötürücü sistem ilə təchiz edilir. Opsional olaraq tam ötürücülü sistem də əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.