Maraqlı

Bu model ölkəmizi Tayvanda təmsil edəcək

27 Noyabr 2015 19:16
0 Şərh     Baxış: 1 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Noyabrın 27-də Tayvanda "Charity Queen of One Power İnternational 2015" beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.

Milli.Az show.az-a istinadən xəbər verir ki, təmsilçimiz 19 yaşlı Günel Şirəliyeva 7 gündür ki, Taybey şəhərindədir. 

O, müsabiqənin milli geyim gecəsində modelyer-dizayner Xəyalə Hüseynovanın kolleksiyasından geyim nümayiş etdirəcək.

Qeyd edək ki, Günel avqust ayında İzmirdə keçirilən "Miss Exclusive" beynəlxalq model müsabiqəsinin finalında iştirak edib. O, "Model High Life Fashion & Model Academy"də model təcrübəsi keçib. Hazırda "Venera Model & Cast" agentliyində çalışır.

Xatırladaq ki, müsabiqənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.