Maraqlı

Balasını Facebook-da 250 dollara satdı

27 Noyabr 2015 12:00
9 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Boliviyada iki qadın insan alveri ittihamı ilə həbs edilib. Onları ay yarımlıq körpə qızı 250 dollara satmaqda ittiham edirlər, Associated Press məlumat yayıb.

Milli.Az show.az-a istinadən xəbər verir ki, cinayəti törətmək üçün onlar sosial şəbəkədən istifadə ediblər. Onlar Facebook-da körpənin satılması haqqında elan yerləşdiriblər.

Qeyd edilib ki, satıcı - körpənin anası fahişəliklə məşğul olan 32 yaşlı qadındır, o uşağın atasının kim olduğunu bilmir və sadəcə pul qazanmaq istəyib.

Alıcı isə 18 yaşlı qız olub. O, köhnə sevgilisini geri qaytarmaq üçün uşağı almaq istəyib.

Belə ki, o, öz sevgilisinə uşağın onların olduğunu deyib. Kişi baş verənləri polisə danışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.