Maraqlı

AST Telmanın verdiyi villanı əlindən aldılar - FOTO

26 Noyabr 2015 21:06
4 Şərh     Baxış: 3 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyanın xalq artisti Nikolay Baskova bağışladığı villa sənətçinin əlindən alınıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu haqda xalq artisti Türkiyə-Rusiya münasibələrinin pozulmasından danışarkən məlumat verib:

"Türkiyədə nə istirahət etmək, nə də işləmək arzum var. 3 il əvvəl ad günümdə Telman İsmayılov "Mardan Palace" otelinin ərazisində villa hədiyyə etmişdi. Otel satıldığı üçün villa əlimdən alınıb. Türkiyə ilə heç bir əlaqəm yoxdur".

Qeyd edək ki, Telman İsmayılov tanınmış müğənni Nikolay Baskovun 37 yaşı münasibətilə ziyafət vermiş, doğum günü hədiyyəsi olaraq villa bağışlamışdı. Həmin villada bir sutka yaşamağın qiyməti 7000 dollar idi.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.