Maraqlı

Azərbaycanlı milyarder Türkiyədə xəstəxana açır

26 Noyabr 2015 19:45
8 Şərh     Baxış: 7 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, son illərdə Ərəbistan, Azərbaycan və Rusiyadan Türkiyəyə müalicə üçün gedənlərin sayı çoxalıb. Bu, Türkiyə üçün turizm baxımından göz qamaşdırır. Bu səbəblə yerli sərmayə ilə açılan xəstəxanalardan başqa, beynəlxalq maliyyə şirkətləri və zəngin iş adamları Türkiyədə investisiya imkanlarını qiymətləndirir, xəstəxanalara ortaq olmağı üstün tutur.

Bunlardan biri də məşhur Azərbaycanlı milyarder Füzuli Məmmədovdur.

Turizm, otelçilik, inşaat sahəsində fəaliyyət göstərən, Rusiya və İtaliyada böyük ticarət mərkəzləri olan Füzuli Məmmədov Türkiyədə dünyanın ilk və tək tam təchizatlı diş xəstəxanasını açmağı planlaşdırır.

Türkiyənin beynəlxalq tibb aləmində tanınan məşhur diş həkimlərindən İlker Ərdoğanın əlaqələndiriciliyi ilə qurulacaq diş xəstəxanası bir çox ilki və başlıca xüsusiyyətləri özündə birləşdirəcək.

Yüksək gəlirli xəstələr üçün nəzərdə tutulan tam təşəkküllü xəstəxanada yüksək səviyyədə səhiyyə və otelçilik xidməti veriləcək.

Estetik diş cərrahiyyəsi, implantasiya kimi diş sağlamlığı və estetiki sahəsində dünyanın ən qabaqcıl texnologiyasına və tətbiqi imkanına sahib olacaq diş xəstəxanası qonaqlarını ultra lüks vasitələrlə qarşılayıb reaktiv cəmiyyətin gözləntilərini qarşılayacaq otaqlarda qarşılayacaq.

"Sağlamlıq turizmi maraqlı olduğumuz sahələrdən biridir. Bu sektorda fərqli nə edə bilərik deyə düşündük. Gördük ki, dünyada tam təşəkküllü VIP xidmət verə biləcək diş xəstəxanaları yoxdur. Ərazi olaraq da Türkiyəni seçməyə qərar vermişik. Çünki tutduğu vəzifədən asılı olmayaraq, yerli xəstələrdən başqa, eyni zamanda, həm Qərbi Avropadan, həm Ərəbistan yarımadasından, həm də Rusiyadan gəlmiş bir çox insanı xəstəxanamızda müalicə edə bilərik".

"Xəstələr gözəl dişlərə qovuşmaqla bərabər, İstanbulda, eləcə də Antalyada alış-veriş edərək əylənə və Türkiyənin bütün imkanlarından yüksək səviyyədə yararlana biləcəklər. Xəstələr istər özəl təyyarəyə minib Bodruma gedər, istirahət edər, istərsə də İstanbulda dünyaca məhşur brendlərin olduğu ticarət mərkəzlərində alış-veriş edib balıq yeyə bilərlər. Eyni zamanda İlker Ərdoğan Türkiyədə investisiya yatıra biləcəyimiz, dünyada tanınmış və öz adına xəstələri olan diş həkimlərindən biridir.

Nəticədə bu, lüks bir otel açmağa bənzəməz. Həm lüks bir otel kimi imkanlarımız olacaq, həm də ona yaraşan bir sağlamlıq xidməti verəcəyik. Özüm dünyanın bir çox yerində səhiyyə xidməti verən biriyəm. Amma bəzi arzularımın reallaşmadığını görəndə bu fikir ağlıma gəldi. Sonra bir sahibkar dostum vasitəsi ilə dişimi düzəltdirmək üçün tanış olduğum İlker Beyin klinikanısı görəndə ora mənimçün arzularımı reallaşdırmaq üçün ilham verdi. İlker Bəyin klinikasına bir çox ölkədən iş adamları, sənətçi və siyasətçilərdən ibarət olan yüksək səviyyəli insanlar gəlirdi.

Onların arasında mənim də dostlarım var. İlker Beyin klinikasında verdiyi xidməti daha böyük bir xəstəxanada verməyin həm sağlamlıq turizminə töhfə verəcəyini, həm də gəlir gətirə biləcəyini düşündüm"- deyə, F.Məmmədov bildirib.

Türkiyəli diş həkimi İlker Ərdoğan belə bir xəstəxanın Türkiyədə açılmasının özəlliklərindən danışıb:

"Bütün söylənilən yaxşı sözlərdən sonra nəyisə söyləməyimə ehtiyac yoxdur. Ölkəmiz adına qürur verəcək möhtəşəm bir xəstəxana olacağına inancım tamdır. Həkim heyəti bütün sahələr üzrə böyük uğurlara imza atıb. Diş sağlığı və estetik sahəsində də şəfa qazandıracağına əminəm. Bu xəstəxana həm də turizmin inkişafına fayda verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.