Maraqlı

Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi

26 Noyabr 2015 22:50
3 Şərh     Baxış: 3 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın "Velmenni" şirkəti ofislərdə Li-Fi texnologiyasını test edib.

Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, şirkət bu texnologiya ilə 1 Qbit/san sürətə çatdığını açıqlayıb. Bu da orta statistik Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət deməkdir.

Li-Fi şəbəkəsi üzərində iş 2011-ci ildən başlayıb.

Şəbəkədə məlumatlar nanosaniyələr içində LED işıqlarla ötürülür. Texnologiyanın tək çatışmazlığı budur ki, işıq şüaları Wi-Fi kimi divarlardan keçə bilmir. Lakin, bu amil şəbəkəni daha təhlükəsiz edir.

"Velmenni" şirkətinin direktoru Deepak Solanki bildirib ki, texnologiya növbəti yaxın 3-4 il ərzində istifadəyə verilə bilər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.