Maraqlı

Soğan suyunun elə möcüzələri var ki...

26 Noyabr 2015 21:20
9 Şərh     Baxış: 6 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yediyimiz yeməklərin, salatların tərkibində olan soğanın özü qədər, suyu da bir çox xəstəliyin müalicəsində olduqca effektivdir.
Milli.Az sputnik.az-a istinadən bildirir ki, soğan suyunun tərkibindəki yağ yandırıcı fermentlər və anti bakterial maddələrin təsiri təhlükəli xəstəliklərin orqanlara yayılmasını önləyir.

Soğan suyunun faydalarını siz də oxuyun...

Astma və bronxit xəstəliklərinə qarşı olduqca təsirlidir. Xüsusilə bəlğəm istehsalını azaldıb, bəlğəm təmizləyicisi xüsusiyyətləri mövcuddur.

Vərəm xəstəliyindən qorunmağa kömək olur.

Yuxusuzluğu aradan qaldırır.

Bədəndəki artıq piyləri əridir.

Qızdırmanı aşağı salır.

Bədəni rahatlaşdırır və sidiyi normallaşdırır.

İmmunitet sistemini gücləndirir və xəstəliklərə qarşı bədəni daha dayanıqlı edir.

Prostat ağrıların azalmasına yardımçı olur.

İştahı açır.

Sümük əriməsinə qarşı olduqca təsirlidir.

Qadınların rəhm və yumurtalıqlarda yaşadığı problemlərdə müalicə rolunu oynayır.

Xərçəng xəstəliyinin qarşısının alınmasında əhəmiyyətli faktor olan kersetin maddəsi, soğan suyunda olduqca boldur.

Tərkibindəki flavonoid sayəsində damarların genişlənməsinə, ürəyin güclənməsinə fayda verir.

Tərkibində olan esterlər səbəbiylə, qandakı laxtalanmalara maneə olur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.