Maraqlı

Bülent Ersoydan Putinə xəbərdarlıq: "Sən məni tanıyırsan?" - FOTO

26 Noyabr 2015 12:30
38 Şərh     Baxış: 11 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən İstanbulda tanınmış modelyer və dizayner Yıldırım Mayrukun yeni kolleksiyasının təqdimatı olub.

Milli.Az AHT-yə istinadən bildirir ki, "2023-ə hekayələr" kolleksiyasının "Conrad Hotel"dəki defilesində səhnəyə çıxanlar arasında Tülin Şahin, Günay Musayeva Ebrü Öztürk də vardı.

Qonaqlar arasında gözlərində gün eynəyi, əynində xəz kürk olan müğənni Bülent Ersoy da vardı.

Əynindəki kürkün gerçək xəz olduğunu vurğulayan B.Ersoy daha sonra jurnalistlərin suallarını cavablamağa başlayıb. O, qəflətən Türkiyə və Rusiya arasındakı münasibətlərdən danışmağa başlayıb: "Rusiya sərt davranır. Rusiyanın prezidenti Putin də sərt danışır. Putinə çox sinirlənirəm. Ondan soruşun ki, Bülent Ərsoyu tanıyırmı. Putin, sən məni tanıyırsan?! Tanısaydı, belə danışmazdı".

B.Ersoyun bu absurd açıqlamaları jurnalistlərin qəhqəhə çəkməsinə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.