Maraqlı

Cennifer Lopezdən möhtəşəm şou - VİDEO

25 Noyabr 2015 19:16
7 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Ancelesdə "American Music Awards" səhnəsində maraqlı anlar baş verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecənin ən maraqlı qonağı pop ulduz Cennifer Lopez olub. O, səhnə çıxışında həmkarlarının mahnılarından böyük rəqs nömrəsi hazırlayıb.

Özünün "Waiting For Tonight" mahnısı ilə çıxışa başlayan Cey Lo daha sonra Bruno Mars, Niki Minaj, Beyons, Castin Biber, "Weeknd", Rihannanın mahnıları ilə rəqsə davam edib.

Bir neçə dəfə səhnədə görünən müğənni hər çıxışında geyimi ilə tamaşaçıları heyrətləndirib. Fərqli obrazlarda çıxış edən Cey Lo 46 yaşına rəğmən hələ də formada olduğunu nümayiş etdirib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

46 yaşı var, amma elə oynayır ki

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.