Maraqlı

17,5 milyonluq sığınacaq satılır - FOTO

25 Noyabr 2015 19:39
3 Şərh     Baxış: 4 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17,5 milyon dollara satışa çıxarılmış bu bunker multimilyonçular, zənginlər üçün nəzərdə tutulub. 
ABŞ-ın Corciya ştatındakı Savanna şəhərinin kənarında yerləşən bu bunker bir zamanlar ordunun təlim mərkəzlərindən biri idi.

Milli.Az ABC-yə istinadən bildirir ki, 32 hektarlıq əraziyə malik bunkerin beton divarları 1,4 metr qalınlıqdadır.

Yeraltı sığınacaq 100 min dollarlıq videomüşahidə sisteminə, anti-radioaktiv təmizləmə kompleksinə malikdir. 14 metr yer altında olan bunkerdə kiçik kinoteatr, oyun zalı və 4 mənzil var.
Bunker terror hücumlarına və 20 kilotonluq nüvə bombasının partlayışına davam gətirir. 
"Bastion Holdings" şirkətinin sahibi Kris Salamonun dediyinə görə, yeraltğı sığınacaq əla təhlükəsizlik məkanıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.