Maraqlı

İranlı qadın futbolçu ərini dinləmədi - FOTO

25 Noyabr 2015 07:38
3 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə İranın qadın yığmasının kapitanı Nilufər Ardalan dünya çempionatına görə ərinə və İslam qaydalarına qarşı çıxıb. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ərinin qadağasına baxmayaraq Nilufər İranın qadın yığmasının heyətində Qvatemalada dünya çempionatında çıxış etmək hüququ alıb. 

İslam qanunlarına əsasən, ərli qadına ərin icazəsi olmadan ölkəni tərk etmək qadağandır. İran telekanallarından birinin efirində ərinin əksinə olaraq 30 yaşlı ərli qadının ölkəni tərk edərək futzal üzrə dünya çempionatına Qvatemalaya yola düşdüyü elan edilib. "İndi onlar Meksikadadır, harada öz vizalarını gözləyirlər", -deyə xəbərdə bildirilib.

"Milli komandada mənim iştirakım prokurorun mənə birdəfəlik, müvəqqəti getmə hüququ verməsindən sonra mümkün oldu." - deyə İran qadın yığmasının ən yaxşı oyunçusu və kapitanı Nilufər Ardalan bildirib.

Sentyabrda 19 il futzalla məşğul olan idmançı İran milli komandasının qələbə qazandığı Asiya çempionatını buraxmağa məcbur olmuşdu. Ardalan əri idman jurnalisti Mehdi Tutunçinin izni olmadığından yarışda iştirak edə bilməmişdi. Əri onların yeddi yaşlı oğullarının ilk dəfə məktəbə gedəcəyinə görə yoldaşının evdə olmasını istəmişdi.

"Mənim ərim mənə pasportu vermir. Mən onun qadağasına görə yarışda iştirak edə bilməyəcəyəm. Mən istəyərdim ki, rəhbərlik edən orqanlar idmançılara belə vəziyyətlərdə öz hüquqlarını müdafiə etməyə icazə verən hansısa bir qərar qəbul etsin. Müsəlman qadını olaraq mən öz ölkəmin xeyrinə çalışmaq istəyirəm. Bu istirahət və ya həzz deyil. Bu mənim borcumdur", - deyə Ardalan bildirib.

Şəriət qaydalarına əsasən, İranda əksər müsəlman ölkələrində olduğu kimi, qadınlara idman tədbirlərinə getmək və hər hansı komanda və ya idmançıya dəstək ola bilməz. Kişilərin iştirakıyla yarışlara baş çəkməsinə qadağa 1979-cu il inqilabdan sonra qoyulub. Ruhanilər hesab edir ki, kişilər stadionlarda çox açıq geyim geyinir və bəzən ədəbsiz sözlər qışqırırlar. Bu qanun əcnəbilərə aid deyil. Ölkənin hüdudlarını tərk etməyə gəlincə, 18 yaşa qədər subay qızlar atanın icazəsini almağa məcburdur. Ərlilər məcburi surətdə ərin razılığına malik olmalıdır. Yalnız həddi-büluğa çatmış subay qadınlar azad hərəkətin hüququna malikdirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.