Maraqlı

Porsche Macan yeniləndi - FOTO

28 Noyabr 2015 23:58
2 Şərh     Baxış: 5 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokyo avtosalonu krossover "Macan"-ın dünya premyerası üçün meydançaya çevrildi - "Porsche" indi GTS variantını təqdim etdi. İki turbini olan 3-litrlik V6 360 a.g. və 500 Nm fırlanma anı verir. Yəni, əlavə 20 a.g. və 40 Nm.

Milli.Az auto.az-a istinadən bildirir ki, mühərrik 7-pilləli sürət qutusu, datrma qüvvəsini paylaşan PTM sistemi ilə birgə işləyir və beləliklə, "Macan" ilk yüzlüyü 5,2 saniyəyə yığır. Maksimal sürət isə 257 km/saatdır.

Həmçinin 360 mm diskləri olan gücləndirilmiş əyləcləri, qabaqda 6-porşnli supportları, idman qaz buraxma sistemini, 10 mm aşağı salınmış pnevmoasılqanı, diodlu optikanı da qeyd etmək lazımdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.