Maraqlı

Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq

29 Oktyabr 2015 23:26
17 Şərh     Baxış: 4 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışan tədqiqatçıların hazırladığı sistem Wi-Fi texnologiyası vasitəsilə divarın arxasındakı insanı "görməyə" imkan verir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu xüsusi proqram insan siluetinin tanınması üçün göndərilən və qəbul edilən Wi-Fi siqnallarındakı fərqdən istifadə edir.

RF-Capture adlı qurğu məkanda insanın fiqurunu və bədən hərəkətlərini 90 faiz dəqiqliklə tanıyır. Cihaz həmçinin divarın arxasındakı qonşu otaqda yerləşən 15 insanı müəyyən edə və fərqləndirə bilir. Tədqiqatçılar əldə olunan təsvirin keyfiyyətinin yaxşılaşması üzərində işləyirlər. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.