Maraqlı

Gəlin toyunda həyat qurtardı - FOTO

13 Oktyabr 2015 10:14
11 Şərh     Baxış: 41 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nənəmlə babamı maşın vurdu! Mən onların yanına qaçıram! Orada olmalıyam mütləq!"

Sara Rey bunu deyib maşının qapısını açdı və qəza yerinə qaçmağa başladı.

O, qəzaya düşmüş babasını və nənəsini xilas etməyə qaçırdı.

Milli.Az ABC News-a istinadən bildirir ki, olay ABŞ-ın Tennesi ştatındakı Klarksvill şəhərində baş verib.

29 yaşlı Sara Rey Tennesi ştatındakı hospitallardan birində feldşer işləyir.

Dünən onun toyu idi və toy karvanında Saranın babası ilə nənəsinin əyləşdikləri Hyundai avtomobili də vardı.

Toyun olacağı restorana bir qədər qalmış döngədə həmin boz Hyundai-ı yük maşını vurub.

Bunu görən Sara əri Pol ilə əyləşdiyi maşının sürücüsündən avtomobili dayandırmasını istəyib.

Maşından düşən gəlin qəza yerinə qaçmağa başlayıb.

Baş verənləri Saranın anası Mersi Martin smartfonla çəkib.

"Polla mən feldşerik və toy olsa belə, yardıma ehtiyac duyan insanlara kömək etməliyik. Nənəmlə babam da qəzaya düşmüşdülər. Ona görə yardım etməliydik. Mən maşından düşəndən dərhal sonra Pol da arxamca gəldi", - Sara söyləyib.

Sara Reyin babası və nənəsi təcili yardımla xəstəxanaya aparılıblar.

Onların durumu normaldır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.