Maraqlı

Ledi Qaqa: "Yorulmuşam, çox yorulmuşam..." - FOTO

13 Oktyabr 2015 11:09
11 Şərh     Baxış: 2 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Treş-horror fanatları sevinə bilərlər. ABŞ-ın FOX telekanalında "American Horror Story" serialının 5-ci mövsümü başlanıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, "American Horror Story: Hotel" seriyasında baş rollardan birində qalmaqallı və məşhur müğənni, amerikalı Ledi Qaqa çəkilib.
Pop-mədəniyyətə satira, Hollivud filmlərinə ironiya olan seriyadakı olaylar Los-Ancelesdəki "Cortes" otelində baş verib.
Nyu-Yorkdan gələn memar Uill Dreyk otelin yeni sahibi olduğunu deyir. Ledi Qaqanın canlandırdığı "qrafinya Elizabet" isə buna imkan vermək niyyətində deyil.

Dəhşətli qətllərin törədildiyi otelin sahibəsi qrafiya Elizabet həm də vampirdir.
Ledi Qaqa rolunu əla oynayıb və rejissorların dediklərinə görə, o, əsl primadonnadır.
Müğənniyə gələn mövsümdə də seriala çəkilmək təklif olunub.
Bu arada Ledi Qaqa bildirib ki, şou-biznes və işi onu yorub.
"15 yaşımdan bəri səhnədəyəm. Artıq 14 ildir ki, çalışıram. 29 yaşım olsa da, özümü 100 yaşlı qarı kimi hiss edirəm. Daim diqqət mərkəzində olmaq, hara getsən, reportyorların kameralarının sənə tuşlandığını görmək asan deyil", - Ledi Qaqa deyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.