Maraqlı

63 ildir dırnaqlarını kəsmir - FOTO

11 Oktyabr 2015 10:14
42 Şərh     Baxış: 7 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəsə qəribə gəlsə də o, bir dünya rekordçudusur. 

Dünyanın ən uzun dırnaqlı adamı, 78 yaşlı Şridhar Çillal. 63 ildir ki, kəsmədiyi dırnaqlarını muzeyə bağışlayacağını deyir. 78 yaşlı Çilla Ginnesin rekordlar kitabına girməsinə səbəb olan dırnaqlarını necə qoruduğu barədə də danışıb. 

"Daily Mail"də yer alan xəbərə görə, Çillalın uzatmaqda israr etdiyi dırnaqları onun həm iş həm də şəxsi həyatında bir çox problemlərə səbəb olub. 
Ümumilikdə 909.6 sm uzunluqlu dırnaqları olan Çillala, ilk öncə, müəllimləri və ailəsi qarşı çıxsa da, onu bu fikrindən döndərmək mümkün olmayıb. 

Çillalın baş barmaq dırnaqları 164.5, işarət, şəhadət barmağı 186.6 sm, üzük barmağı 181.6 sm, kiçik barmağı isə təqribi 2 metr uzunluğundadır. 

Dırnaqlarının uzunluğu toplam 909.6 sm olan Şridhar Çillal həyatından məmnun olduğunu və dırnaqlarını çox sevdiyini də dilə gətirib.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.