Maraqlı

Qubada qəribə olaylar: "Elə sürətlə qaçır ki, tutmaq olmur" - VİDEO

10 Oktyabr 2015 16:30
8 Şərh     Baxış: 11 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunun Hacıhüseynli kənd sakinləri qəribə hadisə ilə üz-üzə qalıblar. Gecə saatlarında naməlum şəxs yaşayış evlərinə daş atır. Kənd sakinləri nə qədər cəhd göstərsələr də, nə həmin şəxsi tanıya, nə də tuta biliblər. Hadisə kənddə bir neçə dəfə təkrarlanıb. Kənd sakinləri bildirirlər ki, evləri daşa tutan şəxsi bir dəfə görsələr də, o qaça bilib və qəbristanlıqda gözdən itib.

Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir.

Ayxanım Səfərova - kənd sakini: "Qapımız açıq idi, gördüm ki, kartofları, kompotları oğurlayıblar".

Dadaşbala Aslanov - kənd sakini: "Oğlum həyətdə telefonla danışarkən topuğuna daş dəyib, ətrafa baxıb ki, heç kim yoxdur. Sonra da qonşuların damlarına daş atmağa başlayıb. Elə bil ki, idmançıdır, səkilərin üstü ilə tullana-tullana gedir.  Qara paltarlı, hündürboy bir adamdır. Elə sürətlə qaçır ki, tutmaq olmur".

Telman Aslanov - kənd sakini: "Daşı atıb, gözdən itir. Bir həftə bundan qabaq, səhər tezdən qapını təpikləyib qaçıb". 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Quba Rayon Polis Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür.

Region TV

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.