Maraqlı

Səhər tezdən oyananlar daha xoşbəxtdir

10 Oktyabr 2015 19:10
5 Şərh     Baxış: 1 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Erkən yatıb, erkən yuxudan oyananlar digərlərindən fərqli olaraq, daha xoşbəxtdir.

Milli.Az sputnik-ə istinadən bildirir ki, araşdırmalar zamanı bu nəticə ortaya çıxıb. 17-38 yaş arasında 435, 59-79 yaş arasında 300 insanın yuxu vərdişləri və əhvalı dəyərləndirilib. 

Nəticədə erkən yatıb, erkən yuxudan oyananların daha xoşbəxt olduğu, gec yatan və oyanmaqda çətinlik çəkənlərin isə 8 saat iş marafonuna güclə tab gətirdiyi ortaya çıxıb. 

Yuxudan tez oyananların əhvallarıyla yanaşı, immunitet sistemi də güclü olur.

Mütəxəssislər əsasən, yaşlı insanlara tez oyanmağı məsləhət görür. Yuxudan tez oyananların daha sağlam olduğu araşdırma sayəsində bir daha açıqlanıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.