Maraqlı

Payız fəslində bizim dostlarımız

10 Oktyabr 2015 20:15
0 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payız fəsli gələn kimi xəstəliklər baş qaldırar. Soyuqdəymə ilk büruzə verən xəstəliklərdəndir. Bunun qarşısını almağın ən yaxşı yolu - immun sistemini gücləndirməkdir. Bəs bunu necə edək?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yediklərimiz və yemək tərzimiz sağlamlığımıza birbaşa təsir qoyar. Belə ki, bizlərdən birimiz xəstələnən zaman adətən yediklərimizə xüsusi diqqət edərik ki, tez bir zamanda sağala bilək. İmmun sistemini gücləndirməyin bəzi yollarına işarə edəcəyik:
 
1. Təbii ərzaqlar yeməyə çalışın. Yediyimiz ərzaqların təbii olmasına diqqət edək və xüsusilə də meyvə yeməyə çalışaq.
Portağal elə meyvələrdəndir ki, tərkibində C vitamini olduğu üçün çox faydalıdır. Portoğal elə bir meyvədir ki, onun tərkibində ancaq C vitamini deyil, bədənə lazım olan maqnezium, kalium, B6 vitamini, anti-oksidantlar vardır.
Qreypfrut da bu cür meyvələrdən biridir ki, tərkibində C, A, E vitaminlər və anti-oksidantlar mövcuddur.
 
2. Sağlam protein qəbul edin. Sağlam proteini adətən balıq yeməklərində tapmaq mümkündür. Bundan başqa lobya, mərci, noxud kimi bitkiləri də unutmayın. Bitki proteini bədənə lazım olan qədər bu maddəni çatdıra bilmədiyinə görə bitki proteini ilə birlikdə heyvan proteini də qəbul edin. Bu zaman həmin maddə kamil şəkildə bədəninizə daxil ola bilər.
 
3. Əgər xəstələnmisinizsə, bəzi tövsiyələrimizə riayət etməyə çalışın:
a). Sarımsaq yeyin. Çünki bu ərzaqla mehriban olmağın zamanı gəlib çatmışdır. Sarımsaq soyuqdəyməyə qarşı güclü dərmandır. Tərkibində olan aliun və allicin adlı maddələr vardır ki, virusları məhv etmək qabiliyyətinə malikdirlər. Lakin bunun üçün sarımsağı xam halda yemək lazımdır.
b). Soğan. Soğan da sarımsaq kimi virus əleyhinə olan dərmandır. Bu ərzağı da xam halda yemək məsləhətdir.
c). Balıq. Yağlı balıqlar tərkibində olan Omeqa-3 maddəsinə görə bədəndə olan iltihabları aradan qaldırar. İltihablar immun sistemini zəiflətdiyi üçün bədən xəstələnər.
4. Ədviyyat. Sarıkök, zəfəran, darçın kimi ədviyyatlar tərkibində olan anti-oksidantlara görə immun sistemini gücləndirə bilir. Gün ərzində bu ədviyyatlardan bir çay qaşığı istifadə etmək lazımdır. Misal üçün, darçın çayı sizin üçün münasib seçim ola bilər.
5. Toyuq şorbası. Qədim zamandan məlumdur ki, sulu yeməklər soyuqdəymənin dərmanıdır. Bu gün alilmər də bu fikrə gəlib çatıblar ki, bu, düzgün düşüncədir. Həqiqətən də sulu yeməklər virus əleyhinə ola bilir. Belə ki, şorba boğaz yolunda olan mikrobların inkişaf etməsinin qarşısını ala bilir. Toyuq şorbası daha münasib yeməklərdəndir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.