Maraqlı

Baş ağrısını dərmansız necə dayandırmaq olar?

10 Oktyabr 2015 19:15
1 Şərh     Baxış: 28 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim təqdim etdiyimiz tövsiyələrlə baş ağrısından təbii yolla xilas ola bilərsiz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, limon aromaterapiya xüsusiyyətləri sayəsində baş ağrısına müsbət təsir edir. Bir limon parçasını əlinizdə ovuşdurub məcun vəziyyətinə gətirin və üzünüzə, alnınıza qoyun.
 
Baş ağrılarının başlıca səbəblərindən biri stressdir. Stress səbəbilə əzələlərimiz bərkiyir və boyun ağrısı başlayıb baş ağrısına çevrilir.
Boynunuzu və kürəyinizi hərəkət etdirərək kiçik məşqlər edin.
 
Oturduğunuz kreslonun rahat olmasına əhəmiyyət verin.
 
Stresslə bağlı baş ağrılarında yastığa bir neçə damcı Lavanda yağı damcılatmaqla rahat yata bilərsiz.
 
Ağrı zamanı bədən üzvlərinizdə müəyyən nöqtələri sıxmaqla ağrını aradan aparmaq olur. Bu nöqtə baş barmağınızla işarə barmağınızın arasında qalan oynaq yerləridir. Bu nöqtəni yüngülcə sıxıb dairəvi hərəkətlər edin.
 
Miqren mənşəli baş ağrısında işığa həssaslıq artdığı üçün qaranlıq bir otaqda dincəlməyə üstünlük verin.
 
İsti duş boşalma hissi yaradır. Duşa daxil olmaqla ayaqlarınızı isti su ilə dolu bir qabda saxlayın.
 
Başınıza buz torbası qoymaq da baş ağrısını aradan qaldıra bilər.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.