Maraqlı

Burada insanın çəkisi 6 dəfə azalır

10 Oktyabr 2015 22:45
0 Şərh     Baxış: 1 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Ay" sözü, təqvim ayı ilə sinonimlik yaradır. Bir mənası - insanlar tərəfindən, günlərin, həftələrin, ayların və illərin hesablanmasında istifadə edilir. İkinci mənası isə, Yer kürəsinin peyki mənasını daşımaqdadır. 

Alimlərin proqnozlarına görə, Ay peyki, Günəş-Yer sisteminin yaranmasından sonra yaranmışdır. Onlar belə hesab edirlər ki, 4.5 mlrd il bundan əvvəl, böyük parçalanma nəticəsində planetlər yaranan zaman, Ay peykidə Yer kürəsinin peyki olaraq yanmışdır. Alimlər bunu sübut etmək üçün Ay səthində olan, süxurların qədimiliyini və öz tədqiqatlarını əsas götürürlər.
 
Burada insanın çəkisi 6 dəfə azalır - Yerin süni peyki Ay haqqında maraqlı faktlar
Ay səthində, gecə və gündüz temperatur dəyişməsi, 380 C dərəcə diapazonundadır. Bu, Günəşin hərarəti və Aya yönəlməsi ilə, əlaqələndirilir.
Biz həmişə Ayı yalnız bir diapazonda görürük. Bunun səbəbi isə, Yerin öz oxu ətrafında fırlanması və cazibə qüvvəsi ilə bağlıdır.
Bizim adi gözlə gördüyümüz Ay və Günəş, əvvəllər bizə daha yaxın idi. Lakin, alimlər sübut ediblər ki, illər keçdikcə, milyon illər nəticəsində, Yer kürəsi, Ay və Günəşdən uzaqlaşmağa başlayıb. Bunun nəticəsində isə, bir ay, günümüzdə 28-29 gün olaraq qiymətləndirilirsə, 50 milyon ildən sonra bu rəqəmin 47 gün olacağı praqnozlaşdırılır.
Günəş və Ayın daxilində çox güclü cazibə qüvvəsi vardır. Bu isə, Yer kürəsinin yer qabığının əyilməsinə və dəyişilməsinə təsir göstərir. 

Maraqlı bir fakt bundan ibarətdir ki, 100 kq-lıq bir insanın çəkisi, Ayda 17 kq olur. Buradan bir nəticə çıxarmaq mümkündür ki, Ay, Yer kürəsindəki hər bir şeyin çəkisini 6 dəfəyə qədər azalda bilir. Bu qədər yüngül çəkinin nəticəsində isə, Ay səthində canlılar uçaraq hərəkət edirlər.
Ay səthinə bu günə qədər cəmi 12 nəfərin getdiyi iddia edilməkdədir. İlk dəfə Ay səthinə səyahət edən kosmonavt Neyl Armstronq idi. 40 ildir ki, Ay səthinə heç bir səyahət edilməməkdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.