Maraqlı

İki məşhur bir qadına görə yumruqlaşdı - FOTO

9 Oktyabr 2015 13:14
7 Şərh     Baxış: 2 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) iki ulduzu arasında qadına görə dava düşüb.

"Memphis Grizzlies" klubunun forvardı, 35 yaşlı Mett Barns ilə hazırda "New York Knicks"in baş məşqçisi olan 41 yaşlı Derek Fişer bir zamanlar "Los Angeles Lakers"də oynayıblar.
Onlar dostdular.

Lakin indi düşmənə çevriliblər.
Milli.Az New York Post-a istinadən bildirir ki, onların münasibətlərinin korlanmasına Mett Barnsın sabiq arvadı, 29 yaşlı Qloriya Covan səbəb olub.
Hər şey Barnsın 6 yaşlı əkiz övladları Karter İsayyanın atalarına zəng vurmalarından sonra başlayıb. Uşaqlar Barnsa: "Ata, evimizdə kişi var", - deyiblər.

Mett Barns da boşananda arvadına verdiyi evə yollanıb və orada keçmiş arvadı Qloriyanı dostu Derek Fişerlə yataqda görüb.
Dostlar arasında dava düşüb, onlar yumruqlaşıblar.

Polisdən verilən ifadəyə görə, Barns Fişerin üzünə tüpürəndə Fişer onu yumruqla vuraraq yerə sərib.
Qloriya Covan VH1 telekanalındakı "Basketball Wives LA" şousundan sonra məşhurlaşmışdı.
Derek Fişer polisə verdiyi şikayət ərizəsini geri götürüb.

"Mettlə dost olmuşuq və onun həbsxanaya düşməsini istəmirəm. Hadisə ilə bağlı şikayətim yoxdur", - Derek Fişer deyib.

Qloriya Covanın 12 yaşı olanda onu Mett Barns matçlardan birində görmüşdü. Mett və Qloriya 2006-cı ildə görüşməyə başlamış, 2012-ci ildə evlənmişdilər.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.