Maraqlı

"KQB" generalı azərbaycanlı ovuna çıxıb

8 Oktyabr 2015 23:59
2 Şərh     Baxış: 2 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruhi xəstə German Sterlinqovun antiazərbaycan sayıqlamalarına onun daha bir familyadaşı - "KQB" generalı Aleksandr Sterliqov da qoşulub.

Milli.Az anspress-ə istinadən bildirir ki, Rusiya KİV-i iddia edir ki, o Qarabağ separatçılarının sevimlisinin əmisidir.

Nə vaxtsa "azərbaycanlılara qarşı heç bir iddiaya malik olmayan" Aleksandr Sterliqovun da öz qardaşı oğlu kimi işğal edilmiş Azərbaycan ərazilərində olacağına, oradan azərbaycanlıları pisləyəcəyinə heç də təcüblənmək lazım deyil. Keçmiş "KQB" generalı artıq sərsəmləməyə başlayıb.

Aleksandr Sterliqov rus mətbuatına verdiyi müsahibəsində keçmiş general Moskva bazarlarında azərbaycanlıların at oynatdığını bildirərək, onların bura necə gəlib işlədiyi ilə maraqlanır. Azərbaycanlılara qarşı kininin olmadığını iddia edən Aleksandr Sterliqov hər kəlməsində təhqiramiz sözlər işlədir.

"Bəs nə vaxt kəndliləri bazarlara buraxacaqlar? Siz indi ora düşə bilməzsiz. Moskvada bütün bazarları necə azərbaycanlılara vermək mümkün olub? Mən onlara qarşı deyiləm, amma onlar əcnəbilərdir. Qıda problemini siz necə yad əllərə verdiniz? Niyə bunu moskvalılara verməyək?"- deyə müsahibəsində Sterliqov bildirir.

Moskva bazarlarında azərbaycanlılarla yanaşı ermənilər, taciklər, qazaxlar və başqa millətlərin nümayəndələri də işləyir. Amma nədənsə Aleksandr Sterliqov məhz azərbaycanlılara qarşı qalxıb. 

Oktyabrın 1-də Moskvada Rusiyada 1990-cı illərdə ölkədə ilk xammal ticarəti birjası "Alisa"nın əsasını qoymuş German Sterliqovun fermerlərlə görüşü olub. Aleksandr Sterliqov da həmin görüşdə iştirak edib. KQB generalının məsələyə qarışması Moskvada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı yeni psevdo-patriotik hərəkatın başlayacağını güman etmək olar. 

Ola bilər ki, Aleksandr Sterliqov LDPR lideri Vladimir Jirinovskinin yerini tutmağa hazırlaşır. 20 il öncə Vladimir Jirinovski də böyük siyasətə atımaq ərəfəsində Moskva bazarlarına telekanallarla birlikdə reyd ediridi.LDPR lideri azərbaycanlı alverçilərdən götürdüyü xurma və narların infeksiya mənbəyi olduğunu iddia edir, xurmanı qaynar suda yuduqdan sonra satmağı tələb ediridi. Alverçilər isə türkcə səlis danışan yəhudi mənşəli professorun bu qədər mənasız sözlər danışmasına təəccüblə baxırdılar. 

Moskva ətrafından Qarabağa köçən qalmaqallı rusiyalı miyarder German Sterliqov Azərbaycan qanunlarını pozduğu üçün Azərbaycanın "qara siyahı"sına salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.