Maraqlı

İmmuniteti gücləndirən çay

8 Oktyabr 2015 23:10
2 Şərh     Baxış: 3 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payız-qış mövsümlərində insanlar soyuqdəymə və qrip xəstəliklərinə daha tez-tez tutulur.
Bu xəstəliklərin profilaktikası üçün immun sisteminizi möhkəmləndirin.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qədim çay resepti sizə bu işdə kömək edəcək. Belə hesab olunur ki, bu resesptdən qədim Tibet təbibləri istifadə edirdilər. Bu çay möcüzəli içki sayılırdı, zəif, xəstəlik keçirmiş insanları ayağa qaldırıdı.
Lazım olan məhsullar:
- Yaşıl çay - 2 çay qaşığı
- Nanə - 10 yarpaq
- Sürtgəcdən keçirilmiş zəncəfil kökü - 1 çay qaşığı
- Bal - 1 xörək qaşığı
- Mixək - 2 dənə
- Su - 1/2 l
- 1/2 limonun şirəsi
Yaşıl çay, zəncəfil, mixək və nanə çaydanda çay kimi dəmlənir. 30 dəqiqədən sonra (çay ilıq olmalıdır) çayı süzün, bal və limon əlavə edin. Çayı termosa tökün və gün ərzində ilıq halda için. Bunu hər gün etmək lazımdır.
Belə çay həm xəstəliklərin profilaktikası məqsədi ilə, həm də soyuqdəymə xəstəlikləri zamanı içmək olar. Çay sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.