Maraqlı

McDonald`s-da şok: masa arxasında keçindi - FOTO

7 Oktyabr 2015 14:19
1 Şərh     Baxış: 2 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqdakı McDonald`s restoranlarından birində masa arxasında oturmuş qadının öldüyü 7 saat sonra bilinib. Tam 7 saat ərzində bu qadının dünyasını dəyişdiyini restoranda nə müştərilər, nə də işçilər anlamayıblar, fərqinə varmayıblar.
Milli.Az Washington Post-a istinadən bildirir ki, olay şəhərin Koulun Bey səmtindəki Pinq Çek küçəsindəki fast-fud restoranında yaşanıb.

50-60 yaşlarında olan evsiz qadın McDonald`s restoranına daxil olub, masa arxasına oturub və su istəyib.

7 saat sonra ofisiantlardan biri həmin qadının hərəkətsiz, tərpənmədən oturmasından şübhələnərək ona yaxınlaşıb. Yalnız bu zaman qadının öldüyü anlaşılıb.
McDonald`s-dan verilən məlumata görə, həmin restoran sutkada 24 saat fəaliyyət göstərdiyindən Koulun Beydəki evsizlər oraya oturaraq gecələməyə gedirlər.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.