Maraqlı

Qazax sakininin maraqlı icadı - FOTO

7 Oktyabr 2015 14:47
1 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həm yük yeri var, həm də qaynaq işi görür. Söhbət Qazax sakininin yeni icadından gedir. Kəpəz TV (Region TV) xəbər verir ki, o, maraq çəkən maşına "Gəzən qaynaq avtomobili" adını verib.

Qazağın Kəmərli kənd sakini, 20 ilə yaxındır qaynaqçı işləyən 65 yaşlı Nadir Gülməmmədov 3 aya hazırladığı maşınla ailəsini dolandırır. O, müxtəlif maşınların hissələrindən hazırlanan avtomobillə ucqar kəndlərə gedir, orada qaynaq işləri görür. Avtomobilin kabinəsində sürücü ilə bərabər iki nəfər rahat əyləşə bilir. Dizel yanacağı ilə işləyən maşını sahibi idarə etməyin o qədər də çətin olmadığını deyir. 
Kəmərli sakininin "Gəzən qaynaq avtomobili"ni satmaq fikri yoxdur. Hazırda o, yeni ixtiralar üzərində düşünür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.