Maraqlı

Riannadan "yataq etirafı": "Bir gecəlik eşq olmur" - FOTO

7 Oktyabr 2015 11:34
4 Şərh     Baxış: 4 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təsadüfi tanışlıqlara, qəfil etiraflara, xüsusilə də pullu və şorgöz kişilərin "səmimiyyət"inə inanmıram. İlk baxışdan məhəbbət var, amma mən o hissi hələlik yaşamamışam".
Dünyanın ən məşhur müğənnilərindən biri Rianna "Vanity Fair" jurnalının reportyoru ilə söhbətində belə deyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, jurnal müsahibəni yayımlayıb. Fotosessiya Kubada çəkilib və müsahibə də elə "Rihanna in Cuba" ("Rianna Kubada) adlanır.

Əslən Barbadosdan olan müğənni Rianna nişanlısı, reper Kris Braundan 2013-cü ildə ayrılandan sonra onun həyatında çox kişilər olub. Onların arasında beysbolçu Mett Kemp, aktyorlar Eşton Kaçer və Leonardo Di Kaprio, aktyor Kolin Farrel,  pilot Lüis Hemilton, reper ASAP Rokki vardı. Son məşuq isə reper Trevis Skottdur.

Parisdəki Moda Həftəsinə qatılmış Rianna elə Trevislə birlikdə "Pari-Sen-Jermen"-"Olimpik" matçını seyr etmək üçün stadiona da yollanıb.

"Şəxsi həyatımla bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır. Məşuqlarımı əlcək kimi dəyişmirəm. Təbii, qadınam, sevmək və sevilmək istəyirəm. Lakin günlərin birində səhər ayılanda pərişan olmaq, məni sevdiyini deyən insanın yoxa çıxdığını görmək istəmirəm", - Rianna söyləyib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.