Maraqlı

Bakıda tələbə qız qripdən ölüb?

6 Oktyabr 2015 20:36
11 Şərh     Baxış: 4 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl İqtisad Universitetinin Sabah qruplarında maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsi Xavər Ağayeva dünyasını dəyişib. Onun qrip xəstəliyinin kəskinləşməsindən öldüyü iddia edilir. Qrip həqiqətən ölüm səbəbi ola bilərmi?

Milli.Az modern.az-a istinadən bildirir ki, Klinik Tibbi Mərkəzin (KTM) Hava-damcı infeksiya şöbəsinin həkimi Nigar İsmayılova deyib ki, bu təsdiqlənməmiş məlumatdır:

"Qrip ölüm səbəbi ola bilər. Amma ilk növbədə diaqnozun təsdiqlənməsi lazımdır. Bu çox ciddi məsələdir. Qrip ensifalit verdiyi təqdirdə ölümə səbəb ola bilir. Bu zaman beyinin yumşaq qişaları zədələnir, beyində şişkinlik əmələ gəlir. Əgər xəstəyə vaxtında müdaxilə edilməzsə, həyati təhlükə yaranır.

Amma həmin şəxsin ölüm səbəbi araşdırılmalıdır. Məlumatı dəqiqləşdirmədən "qripdən öldü" deyə tirajlamaq doğru deyil.

Ölən şəxs virus infeksiyasına, herpis, sitomeqalovirusa yoluxmuş, həmçinin risk qrupuna aid xəstə ola bilər. Bunun ekspertiza nəticələrini öyrənib təsdiqləmək lazımdır".

Həkim bildirib ki, risk qrupuna daxil olanların qrip virusuna yoluxması təhlükəlidir:

"65 yaşdan yuxarı şəxslərin, ürək-damar, ağciyər xəstəliyinin daşıyıcılarının qripə yoluxması onların həyatı üçün təhlükədir. Bu şəxslərdə qripin ağırlaşması ölümə səbəb ola bilər. Bizdə belə bir hal qeydə alınmayıb".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.