Maraqlı

Siqareti yerə atanlar cərimələnəcəklər

4 Oktyabr 2015 23:21
5 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bugündən etibarən Fransanın paytaxtı Parisdə yerə siqaret atanlar 68 avro cəza ödəyəcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Paris Bələdiyyəsinin verdiyi qərar bugündən qüvvəyə minəcək.

Sözügedən qadağa 100 nəfər müfəttiş tərəfindən hər gün yoxlanılacaq. Bu müfəttişlər küçədə yerə siqaret atanları görər-görməz yerindəcə cərimələyəcəklər. Cərimənin məbləği isə bizim pulla 80 manat təşkil edir.

Paris Bələdiyyəsi siqaretin və onun külünün yerə atılmasının qarşısını almaq üçün şəhərin hər yerinə zibil qutusu yerləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.