Maraqlı

Mars suyu ilə dəstəmaz...

4 Oktyabr 2015 15:31
93 Şərh     Baxış: 4 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış ilahiyyatçı-alimi professor Nihat Hatipoğluya növbəti qəribə sual soruşulub. Anspress-in məlumatına görə, dini suallara cavab verən din aliminə Mars planetində tapılan su barədə sual verilib. Hatipoğlu sosial şəbəkədə "Marsda tapılan su ilə dəstəmaz almaq, qüsul tökmək olarmı?" sualına yerli telekanallardan birinin efirində cavab verib. Din alimi gülümsünərək bunun mümkün olduğunu deyib:

"Marsda su aşkarlanandan sonra sosial şəbəkədə çox sayda tvitlər yazırlar. Bəzən də "ilişmək" üçün soruşurlar: "Marsda su tapılıb. Orada dəstəmaz alsaq, qüsul töksək, bu olarmı?" Gənclər belə şeyləri fikirləşirlər. Mən də cavab verdim: Gənclər, söz olsun deyə soruşursunuz, amma canınız sağ olsun. Marsda su tapsanız, qüsul tökmək üçün yuyuna bilərsiniz. Əgər su varsa və siz də Marsa getmisinizsə, istifadə edə bilərsiniz, dedim. Bəziləri isə Marsda qiblə üçün hara dönəcəyik - deyə soruşurlar. Mən də dedim ki, siz Marsa gedin, mən sizə qibləni göstərərəm. Qiblə harada? Harada olacaq? - Dünyada. Dünyaya çevrilərsiniz". 

NASA əməkdaşları ötən həftə "Təcili açıqlama" kodu ilə bütün dünyaya Marsda maye halda su aşkarladıqlarını elan etmişdilər. 

NASA əməkdaşlarının mətbuata verdiyi açıqlama Rusiya prezidenti Vladimir Putinin BMT assambleyasının iclasındakı çıxışı ilə eyni vaxta təsadüf etmişdi. Rəsmi Moskva bunun qəsdən edildiyini, insanların diqqətini Putinin tənqid dolu çıxışından yayındırmaq üçün "provokativ" addım olduğunu bəyan etmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.