Maraqlı

Hesab çox gəldiyi üçün restoranı yandırdı

5 Sentyabr 2015 16:08
0 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemək yediyi restoranın artıq pul aldığını iddia edərək benzin töküb yandıran 24 yaşlı Murad adlı gənc polis tərəfindən saxlanılıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib.

İddialara görə, Murad adlı gənc, 57 yaşlı bir kişiyə aid olan restoranda yemək yeyib. Hesabı ödəyən şübhəli çox pul aldığını düşündüyü restoran sahibi ilə dalaşıb. Bir gün sonra, səhər saat 05:30 radələrində əlində benzinlə restoranın qarşısına gələn gənc, oranı yandırdıqdan sonra qaçıb. 

Hadisə ilə bağlı araşdırma edən polis ətrafdakı ev və iş yerlərinin təhlükəsizlik kameralarındakı görüntülərdən şübhəlini tapıb. 

Məhkəməyə çıxarılan şübhəli nəzarət altında qalmaq şərti ilə sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.