Maraqlı

"Eurovision" qalibi münsifləri döndərə bilmədi - VİDEO

5 Sentyabr 2015 17:23
1 Şərh     Baxış: 2 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Səs" ("Qolos") yarışmasının yeni mövsümünün ilk buraxılışı yayımlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əvvəlki illərdə münsiflər heyətində oturan Dima Bilan bu dəfə sürpriz etmək üçün səhnəyə çıxıb. Ancaq yeni münsiflər heyətindən heç kim ona tərəf dönməyib.

Tamaşaçılar Dimanı bu cəsarətinə görə alqışlayıblar.

Qeyd edək ki, ORT telekanalında yayımlanan "Qolos" ("Голос") proqramında "Eurovision" iştirakçısı Polina Qaqarina, müğənni Qriqoriy Leps və repçi Basta münsiflər kürsüsündə əyləşir.
 
Onlar Pelageya, Leonid Aqutin və Dima Bilanı əvəz ediblər. Əvvəlki 3 mövsümdə iştirak edən ifaçı Aleksandr Qradskiy isə əvəz olunmayıb. 

Xatırladaq ki, D.Bilan Rusiyanı 2 dəfə "Eurovision"da təmsil edib. 2009-cu ildə ölkəsini yarışmada qalib edib.

Milli.Az

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.