Maraqlı

Alimlərdən gözlənilməz açıqlama: təmizkarlıq xəstəlikdir

4 Sentyabr 2015 16:49
26 Şərh     Baxış: 6 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikalı alimlər kənddə doğulan və böyüyən uşaqların şəhərdəki yaşıdları ilə müqayisədə niyə daha az xəstələndiklərini araşdırıblar. Məlum olub ki, kənd uşaqları arasında astma, habelə allergiyanın bir çox növləri daha az yayılıb.
Səbəb isə tövlələrdə, fermalarda olan havadakı bakteriyalardır və həmin bakteriyalar sonradan orqanizmi astma kimi xəstəliklərdən qoruyan yüngül reaksiya yaradır. Ağciyər toxumalarındakı həmin reaksiya bədəni möhkəmləndirir.

Milli.Az Science-ə istinadən bildirir ki, belçikalı alimlərin araşdırması ifrat təmizkarlıq və gigiyenanın orqanizmə ziyanlı olması barədə hipotezləri təsdiqləyib.
Alimlərin fikrincə, kənd havasında endotoksinlər daha çoxdur.
Endotoksinlər mikroorqanizmlərin hüceyrə membranındakı elementlərdir.
Başqa adı lipopolişəkərlər olan endotoksinlərin müdafiə təsiri nəticəsində orqanizmdə astmaya və tənəffüs yolları xəstəliklərinə müqavimət artır.

Bu zaman ağciyər toxumalarındakı epitelial hüceyrələr endotoksinlərin təsiri nəticəsində daha az stokinlər ifraz edir və nəticədə immun sisteminin "silah"ı sayılan dendrit hüceyrələr güclənir. Eyni zamanda endotoksinlər orqanizmdə A20 fermentini də artırır.
"Kənd uşaqlarında kiçik yaşlardan epitelilər zərərli molekulları faydalılardan ayırır və bu proses təbii olur", - araşdırmanın rəhbəri, pulmanoloq Bart Lambreht deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.