Maraqlı

Dünyanı ağladan fotoya görə 4 nəfər həbs olundu

3 Sentyabr 2015 21:58
55 Şərh     Baxış: 18 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyalı qaçan ailələrin mindiyi gəminin batmasına görə cinayət işi açılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aralarında 3 yaşlı Aylan Kurdinin də olduğu 12 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı Türkiyə polisi əməliyyata başlayıb. Əməliyyat nəticəsində 4 suriyalı şəxs həbs olunub.

Qeyd edək ki, Suriyadakı daxili müharibə və İŞİD qətliamı Aylan və ailəsinin Kobanidən Avropaya sığınmaq üçün yola çıxmağa məcbur edib. Gəminin qəzaya uğraması nəticəsində 3 yaşlı Aylan və ondan bir yaş böyük qardaşı Qalib dənizdə batıb. Hər iki qardaşın cəsədini dalğalar Türkiyənin Bodrum sahillərində quruya çıxarıb. Bütün dünya bu dəhşətli faciədən danışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.