Maraqlı

Məşhur modeldən qalmaqallı FOTOsu ilə bağlı açıqlama

3 Sentyabr 2015 13:21
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1980-90-cı illərin məşhur modeli Sindi Kroufordun bu ilin martında "Marie Claire" jurnalı üçün çəkilmiş şəkli sosial şəbəkələrdə yayıldıqdan sonra hər kəsi təəccübləndirmişdi. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı modelin bədənindəki qırışıqlıq və sallanmalar müzakirə mövzusuna çevrilmişdi. Şəklin fotoşop olduğunu da irəli sürənlər var idi. İndiyədək məsələ ilə bağlı açıqlama verməyən Sindi ilk dəfə bununla bağlı "Elle" jurnalına danışıb: 

"Düzü, o şəkil hazırlıqsız vəziyyətimdə çəkilmişdi. Amma sosial şəbəkədə yayılan versiyanı görəndən sonra, elə bil arxadan zərbə aldım. Həmin poza ən pis işıq altında güzgüyə baxanda gördüyüm bədən quruluşumdan dəfələrlə pis idi. Bəzi müdaxilələr edərək fotonu yayanlar xoş niyyətli ola bilməzlər. İnsanlar mənim pis şəklimi görəndə niyə sevindilər, başa düşmədim. Bilirəm, indi elə də mükəmməl bədən quruluşum yoxdur. Foto icazəsiz, oğurlanaraq və üstəlik təhrif olunaraq yayılıb". 

Sindi gördüyü münasibətdən sarsıldığı üçün indiyədək bu barədə danışmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.