Maraqlı

"Hər şeydən ümidimi kəsdiyimi anda ana oldum" - FOTO

2 Sentyabr 2015 23:31
3 Şərh     Baxış: 3 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı və aktrisa Hande Ateizi "Vogue Türkiyə" jurnalına müsahibə verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, oğluyla birgə yaşadığı dəyişiklikdən danışıb:

"Uşağım olmurdu. Ümidimi kəsmişdim artıq. Xromosom pozğunluğu olurdu. Süni mayalanma yoxladıq. O da olmayınca hər kəsin dünyaya övlad gətirmək məcburiyyətində olmadığını deyirdim. Belə bir  anda hamilə qaldım. Gec övlad sahibi olsam da, daha şüurlu ana olaraq öz qorxularımı övladıma ötürmədən, yetişkin bir analıq yaşamaq istəyirəm".

42 yaşlı Hande oğlu Leonu azad böyütmək istədiyini deyib:

"20 yaşında ana olmaqla mənim yaşımda ana olmaq arasında böyük fərq var. Həyatı dolu-dolu yaşamışam. Azadlığımın əlimdən getdiyini düşünmürəm. Əksinə, Leonun həyatıma tam zamanında gəldiyini düşünürəm. Nə yaxşı ki, gəldi. Arzu edirəm ki, azad ruhlu biri olsun. Həyatı yaşamağa fürsət verəcəyəm. Qoy, səhvlər etsin... İnşallah yaxşı bir insan olar. məni də sevər. Amma anasıyam deyə, məni sevmək məcburiyyətində də deyil".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.