Maraqlı

Nadir astronomik hadisə baş verəcək

2 Sentyabr 2015 16:15
2 Şərh     Baxış: 2 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 27-də bizim planetimiz sakinləri kifayət qədər nadir astronomik hadisənin şahidi olacaqlar.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə NASA xəbər yayıb.

NASA mütəxəssisləri bildirirlər ki, axırıncı dəfə belə tutulma 1982-ci ildə olub. Bir də analoji halın olması 2033-cü ildə gözlənilir.

Ayın tam tutulması gecə, Ayın Yerə ən yaxın ola biləcəyi vaxtda müşahidə olunacaq. Planetin indiki ilində ulduzlar da məhz belə vəziyyətdə yerləşir.

Amerika idarəsində qeyd edilir ki, ayın ilk tutulmasını ilk olaraq, Şimal və Cənub Amerika sakinləri tərəfindən görüləcək. Sonradan isə Avropa, Afrika, Asiyanın qərb hissəsi və Sakit okean regionunun şərq hissəsində də Ayın tutulması müşahidə olunacaq.

Ötən əsri götürsək, Ay tutulması hər 18 ildən bir müşahidə olunur. Məsələn, 1910, 1928, 1946, 1964, 1982-ci illərdə belə Ay tutulmaları müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.