Maraqlı

8 illik keçmiş sevgililər üz-üzə gəldi - FOTO

1 Sentyabr 2015 16:59
0 Şərh     Baxış: 2 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 yaşını sevgilisi Beran Benanla qeyd edən Eliz Sakuçoğlu sürprizlə üzləşib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, stilist oturduğu məkanda keçmiş sevgilisi, müğənni Murad Bozla qarşılaşıb.

8 il sevgili olduqdan sonra keçən il ayrılan cütlük bu vəziyyətdən pərt olub. Murad Boz dərhal masasını dəyişdirib, Sakuçoğlunun isə kefi pozulub. Qısa müddət sonra müğənni məkandan ayrılıb.

Qeyd edək ki, ayrıldıqdan sonra dost qaldığı deyilən Murad və Eliz bir araya gəlməməyə çalışırlar. M.Boz dostu Murad Dalkılıç Merve Boluğurun toyunda da keçmiş sevgilisi ilə üzləşməmək üçün iştirak etməmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.