Maraqlı

"Qızımı məktəbə göndərməyəcəm"

1 Sentyabr 2015 15:15
17 Şərh     Baxış: 4 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Demet Akalın maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, qızı Hiranı məktəbə göndərməyəcəyini deyib:

"Doğumdan sonra əsəbi və ehtiyatlı biri olmuşam. Bu gedişlə Hiranı məktəbə göndərməyəcəm. Övlad sahibi olanda adam qorxmağa başlayır. Başına bir şey gələcək deyə pis-pis şeylər düşünürəm. Hamamda, tualetdə ona nəsə olacaq deyə ehtiyat edirəm. Erkin Koray da qızını evdə oxutdurmuşdu, mən də belə edəcəyəm".

D.Akalın qızını təhsil vaxtı gələndə məktəbə göndərməzsə, cərimə ödəyəcək. Milli Təhsil Nazirliyi icbari tədrisdən övladlarını yayındıran valideynlər üçün cərimə kəsir.

Rok musiqiçi Erkin Koray da qızı Damlanı məktəbə buraxmayıb evdə təhsil vermişdi. Təhsil sistemini sevməyən atası tərəfindən məktəbə göndərilməyən Damla bu haqda belə deyib:

"Atamın doğru etdiyinə inanıram. Qonşu analar qorxurdular ki, onların da uşaqları məndən həvəslənib məktəbi atarlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.