Maraqlı

Məşhur aktyor qadın oldu - FOTO

1 Sentyabr 2015 13:27
1 Şərh     Baxış: 1 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən xəbər verir ki, britaniyalı aktyor Eddi Redmayn yeni filmdə danimarkalı transseksual rəssam Einar Vegeneri canlandıracaq. Aktyor bu rolu Nikol Kidman və Çarliz Teronu üstələyərək qazanıb.

Vegeneri oynamaq üçün hər iki qadın oyunçuya təklif göndərilsə də, Eddi Redmayn öz aktyorluğu ilə qadınları üstələyə bilib. "The Danish Girl" adlanan film 1934-cü ildə əməliyyat olunduqdan sonra Lili Elbe adıyla yeni həyata addım atan məşhur rəssamın ağır həyatından bəhs edir.
 
Ekran əsəri gələn ildən nümayiş olunacaq.
 
Xatırladaq ki, Eddi Redmayn məşhur ingilis fizik Stefan Houkinqin həyatından bəhs edən "Hər şeyin teoriyası" filmindəki roluna görə "Ən yaxşı kişi aktyor" nominasiyasında Oskar mükafatına sahib olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.