Maraqlı

"Kurtlar vadisi"nin tanınmış aktyoru öldü

1 Sentyabr 2015 10:22
3 Şərh     Baxış: 5 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kurtlar vadisi Pusu" serialında rol alan Türkiyənin məşhur aktyoru dünyasını dəyişib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Yalçın Güzelcenin 64 yaşı olub. 5 il əvvəl beynində bədxassəli şiş aşkarlanmışdı. Həmin vaxt əməliyyat olunan aktyor sağlamlığına qovuşmuşdu.

Bununla belə son vaxtlar Yalçın Güzelcenin səhhəti yenidən pisləşmişdi. Bu səbəbdən aktyor xəstəxanaya yerləşdirilmişdi. Bu gün isə aktyorun vəfat etməsi xəbəri yayılıb.

Yalçın Güzelce indiyə qədər "Cennet mahallesi", "Eyvah babam" televiziya layihəlrəində iştirak edib. Onun rol aldığı ən sonuncu və ən məşhur serial "Kurtlar vadisi pusu" teleserialı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.