Maraqlı

Bergüzar Korel ana olmağa hazırlaşır

31 Avqust 2015 13:37
2 Şərh     Baxış: 3 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm heç bir serialda çəkilməyəcəyini açıqlayan Bergüzar Korel yenidən ana olmaq istəyir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, üç ildir Kənan İmirzalıoğluyla "Karadayı" serialında iştirak edən aktrisa bu il dincələcəyini bildirmişdi. Teatrda daha çox vaxt keçirəcəyini qeyd edən aktrisa, əslində, ana olmağa hazırlaşırmış.

Həmkarı Halit Ergençlə evliliyindən Əli adlı oğlu olan aktrisa yaxınlarına bu dəfə qız anası olmaq istədiyini deyib. 

Cütlük ikinci övlad istəsə də, Bergüzarın ardıcıl layihədə iştirak etməsi bu istəyi yubadırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.