Maraqlı

Jurnalistlərin həbsi qalmaqal yaratdı

31 Avqust 2015 13:19
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Misirdə "Əl-Cəzirə" televiziyasının 3 əməkdaşı barəsində üç il həbs qərarı çıxarılması diplomatik qalmaqala səbəb olub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən qərarla əlaqədar BMT, ABŞ və Böyük Britaniya Misir hökumətinə etirazını bildirib.
 
Böyük Britaniyanın Qahirədəki səfiri isə Misirin Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Xatırladaq ki, Misir məhkəməsi Qətərin "Əl-Cəzirə" televiziya kanalının 3 əməkdaşı - Məhəmməd Fehmi (Kanada vətəndaşı), Peter Greste (Avstraliya vətəndaşı) və Bahir Məhəmməd (Misir vətəndaşı) barəsində üç il müddətinə həbs qərarı çıxarıb. Sözügedən jurnalistlər Misirdə ictimai sabitliyi pozmaqda və terror təşkilatlarına dəstək verməkdə günahlandırılır.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.